XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 14:49

Fransa baş nazirinin qardaşı oğluna İsraildə hücum oldu –Təfərrüat

Fransa Baş naziri Eduard Filippin qardaşı oğluna İsraildə Qırmızı dənizin sahilindəki Eylat kurort şəhərində bıçaqla hücum olub.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, baş nazirin 25 yaşlı qohumu dostları ilə şəhərdə gəzərkən hücuma məruz qalıblar.

Hadisə yanvarın 3-də baş versə də, məlumat yanvarın 9-da yayılıb. Yaralanan Fransa vətəndaşları xəstəxanaya yerləşdiriliblər. Onların ikisi yanvarın 4-də, 3-ü isə yanvarın 5-də ölkəsinə qayıdıb.

İsrail polisi faktla bağlı araşdırma aparır. Fransalı turistlərə bir neçə kişinin hücum etdiyi ehtimal olunur. Ancaq onlar hadisə yerindən qaçaraq gizləniblər. Hələlik hücumla bağlı heç kim saxlanılmayıb.