XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 16:46

Ayaz Mütəllibovun keçmiş mətbuat katibi hakimdən vaxt istədi –Məhkəmə prosesi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs zərəri ödəmək üçün məhkəmədən vaxt istəyib.

O, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun məhkəməyə çağırılıb-çağırılmamasını isə məhkəmənin öhdəsinə buraxdığını deyib.

Məhkəmənin növbəti iclası yanvarın 19-na təyin edilib.

İttiham aktına əsasən, T.İbrahimov zərərçəkmiş Cəfər Həşimovu Ağdamda yerləşən məktəblərdən birinə direktor təyin edəcəyini deyərək onun 15 min 500 manatını, digər zərərçəkmiş Zaur Məmmədovu isə işə düzəldəcəyini deyərək onun 13 min manat pulunu ələ keçirib.

O, ümumilikdə, 20-dən çox zərərçəkmişə qarşı 100 min manatdan çox dələduzluq edib.

T.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.

Xatırladaq ki, T.İbrahimov Azərbacanın eks-prezidenti Ayaz Mütəllibovun Moskvada mətbuat katibi olub.