XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Yanvar 2018 - 18:58

Xırdalanda ər 24 yaşlı arvadını qətlə yetirdi –Qısqanclıq zəminində

Xırdalan şəhərində qətl hadisəsi baş verib. 

Hadisə şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Elgün Ağasenov həyat yoldaşı, 24 yaşlı Axirə Nadirovanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.

Hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində saxlanılan E.Ağasenov ilkin ifadəsində evə gələrkən arvadının həmin vaxt cehizlərini yığaraq mənzili tərk etmək istədiyini, qətli isə qısqanclıq zəminində törətdiyini boynuna alıb.

A.Nadirovanın həyat yoldaşından boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etdiyi bildirilir. 

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.