XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 January 2018 - 21:17

Bakıda maşın 59 yaşlı kişini vurdu –Vəziyyəti ağırdır

Bakıda piyadavurma hadisəsi qeydə alınıb.

Hadisə Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində baş verib. Məlumata görə, 1959-cu il təvəllüdlü Mehbalıyev Qələmdar yolu keçərkən avtomobil onu vurub. Xəsarət alan piyada sürücü tərəfindən dərhal 3 saylı Şəhər Kliniki Xəstəxanaya çatdırılaraq, əməliyyata götürülüb.

Q.Mehbalıyevin kəllə-beyin travması aldığı, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/APA