XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 10:42

Abşeronda 24 yaşlı gənc intihara cəhd edib –Vəziyyəti ağırdır

Abşeron rayonunda 24 yaşlı gənc intihara cəhd edib.

Hadisə Saray qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini 1994-cü il təvəllüdlü Mürsəl İntiqam oğlu Əhmədov kəsici alətlərlə sağ qolunun damarlarını kəsərək intihara cəhd edib. Yaralı çox qan itirdiyindən huşunu itirib.

Gənc yaxınları tərəfindən Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan xəstənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır/Report.