XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

11 Yanvar 2018 - 22:00

Bakıda iki avtomobil toqquşdu –İki bacı xəsarətlər aldı

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

Avtoqəza Buzovna qəsəbəsində qeydə alınıb.

Məlumata görə, hadisə zamanı iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan sərnişinlər – 1965-ci il təvəllüdlü Hüseynova Rəsmiyyə Əhəd qızı və onun bacısı 1959-cu il təvəllüdlü Səmədova Minə Əhəd qızı xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib. Xəsarətləri nisbətən yüngül olan M.Səmədova sonrakı müalicə üçün evə buraxılıb.

Hadisəni Xəzər polisi araşdırır. Sürücülərin ifadələrinin alınması üçün saxlanıldığı bildirilir/APA.