XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

12 Yanvar 2018 - 10:44

Xırdalanda yataqxanadakı yanğın söndürüldü  –Xəsarət alan yoxdur -YENİLƏNİB

 Xırdalanda yataqxana binasında yanğın başlayıb.

APA-nın məlumatına görə, 3 mərtəbəli yataqxana binasının üçüncü mərtəbəsindəki mənzillərdən birində başlayan yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

Abşeron rayonunun Xırdalan şəhərində yataqxanada baş verən yanğın söndürülüb.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumata görə, hadisə yerinə cəlb edilən yanğınsöndürmə briqadalarının səyi nəticəsində yanğın tam söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan şəhərində 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın başlamışdı.