Qubada intihar olub.
Rayonun Dağlı kəndində 1940-cı il təvəllüdlü Abgül Mürşüd oğlu Rəşidov kənd ərazisində qayaya çıxaraq oradan özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Lənkəranın Girdəni kənd sakində isə 1990-cı il təvəllüdlü Şərafəddin Rafael oğlu İsmayılov özünü asıb. Onun meyitini səhər saatlarında atası tapıb. Ş. İsmayılovun meyiti Məhkəmə – Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktlarla bağlıCinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.