XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2018 - 18:36

35 yaşlı qadın özünü asdı –Şəkidə intihar

Şəkidə 35 yaşlı qadın intihar edib.

Hadisə bu gün səhər saatlarında rayonun Baltalı kəndində qeydə alınıb.

Kənd sakini 1983-cü il təvəllüdlü Tərgül Mürşüd qızı Manafovanın meyiti yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. 35 yaşlı Tərgül Manafovanın intihar etməsinin səbəbi hələ istintaqa məlum deyil.

Faktla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma)maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

APA