Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Ləkçıplaq kəndində baş verib. Kənd sakini, 1994 -cü il təvəllüdlü Yusifzadə Ulvi Yaşar oğlu naməlum şəraitdə bıçaqlanıb. Yaralı Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır/Trend.