XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2018 - 00:31

Bakı sakini qonşusuna 9 bıçaq zərbəsi vurub öldürdü –Maşın saxlamaq üstündə

Bakıda orta yaşlı kişi 9 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisə Yasamal rayonu, Xudu Muxtarlı küçəsində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü İsgəndərov Şahin Rasim oğlu yaşadığı binanın həyətində avtomobilini saxlayarkən onunla qonşusu arasında mübahisə yaranıb. Mübahisə zamanı qonşusu ona 9 bıçaq zərbəsi vurub.

Ş. İsgəndərov ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır/Report.