XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 January 2018 - 11:38

Permdə orta məktəbə hücum edilib –Səkkiz şagird və müəllimə yaralanıb

Permdə iki maskalı şəxs məktəbə hücum edib. Səkkiz şagird və müəllimə bıçaq yarası alıb.

AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Səhiyyə Nazirliyinin regional idarəsinin məlumatına görə, yaralananlardan ikisi – müəllimə və on altı yaşlı məktəbli ağır vəziyyətdədir.

İnsident baş verən vaxt məktəbdə 743 nəfər olub. Onların hamısı təxliyə edilib. Hadisə yerinə təcili tibbi yardım briqadaları və polislər cəlb olunub. Perm vilayətinin qubernatoru Maksim Reşetnikov və Ərazi Təhlükəsizlik Nazirliyinin əməkdaşları da insidentin baş verdiyi 127 nömrəli məktəbə gəliblər. Həmçinin burada Fövqəladə Hallar Nazirliyinin qərargahı quraşdırılıb.

Təhsil müəssisəsinin gözətçisi qadın olduğu üçün cinayətkarlara müqavimət göstərə bilməyib. Şübhəlilərin saxlanıldığı bildirilir. Hücumun motivləri araşdırılır.