XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

05 Yanvar 2016 - 13:47

Bakıda doğuş vaxtı ana və körpə ölümləri baş verib

Bakıda doğuş vaxtı ana və körpə ölümləri baş verib.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki, hadisələrdən biri Bakı Sağlamlıq Mərkəzində qeydə alınıb. Mərkəzdə təbii doğuş həyata keçirən 1984-cü il təvəllüdlü Ağayeva Günay Məmmədağa qızının vəziyyəti pisləşdiyindən həkimlər qadının qeysəriyyə əməliyyatı ilə övladını dünyaya gətirməsini məsləhət görüb. Əməliyyat zamanı əvvəlcə uşaq, daha sonra isə qadın dünyasını dəyişib.

Oxşar hadisə yanvarın 2-də Respublika Klinik Xəstəxanasında baş verib. 1993-cü ildə Goranboyda anadan olan və Gəncədə qeydiyyata düşmüş Abbasova ülviyyə Elçin qızı qeysəriyyə əməliyyatı zamanı vəfat edib.

 

Məlumata görə, ü.Abbasova bir müddət imiş ki, xəstəxanada müalicə olunurmuş. Qadının hamiləliyinin 35-36-cı həftəsində əməliyyatla ölü döl doğulub. Daha sonra 23 yaşlı qadının halı daha da pisləşib və onu xilas etmək mümkün olmayıb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.