Liviyada Mitiqa beynəlxalq hava limanına hücum zamanı 11 nəfər ölüb.
APA-nın “Times of Malta” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə Tripoli sahə xəstəxanasının direktoru Abdeldayem Al-Rabti məlumat verib. O bildirib ki, hadisə nəticəsində 38 nəfər xəsarət alıb.
Aeroportun fəaliyyəti müvəqqəti dayandırılıb. Ərazidə olan məktəblərdə dərslər dayandırılıb.