XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

16 Yanvar 2018 - 13:42

Ermənistanda Baş Qərargah rəisi müavininin oğlu qəzada öldü –Təfərrüat

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın oğlu Robert Qalstyan avtomobil qəzasında ölüb.

APA-nın məlumatına görə, bu barədə “news.am” saytı xəbər yayıb.

Hadisə bu gün səhər saatlarında İrəvandakı prospektlərdən birində baş verib. “Kia Sorento” markalı minik avtomobili yoldan çıxaraq Qetar çayına düşüb. Hadisə nəticəsində sürücü ölüb. Bir nəfər sərnişin xəstəxanaya yerləşdirilib.