XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

17 Yanvar 2018 - 16:44

Şəmkirdə 26 yaşlı gənci güllələyəninşəxsiyyəti məlum oldu

Şəmkirdə güllələnmə hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Trend-in məlumatına görə, hadisəni törədən şəxs məcburi köçkün, 1991-ci il təvəllüdlü Ramin Kərimovdu. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.

Xatırladaq ki, hadisə bu gün Şəmkir rayonunda mərkəzi bazarın yaxınlığında baş verib. 1992-ci il təvəllüdlü Mediyev Mircəlal Əziz oğlu münaqişə zəminində tanışı tərəfindən odlu silahla güllələnib. Yaralı Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsilə cinayət işi başlanıb.