XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Yanvar 2018 - 16:16

İlin əvvəlindən paytaxtda 24 yol-nəqliyyat hadisəsi baş verib- Dövlət Yol Polisi İdarəsi

İlin əvvəlindən bu günədək paytaxt ərazisində 24 yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azərtac-a bildirib ki, hadisələr nəticəsində 9 nəfər ölüb, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə, 2 ölüm, 9 xəsarət azdır. Hadisələrin 30 faizi sürət həddinin aşılması, 62 faizi isə piyadaların vurulması ilə bağlı olub. Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin hamısı piyadavurma nəticəsində baş verib.

“Aparılan təhlillər göstərir ki, piyadavurma hadisələrinin əksəriyyəti məhz piyada keçidlərinin yaxınlığında baş verib. Bu, göstərir ki, piyadalar yolu keçərkən onlar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etmirlər. Sürücülərə tövsiyə edirik ki, piyada keçidlərinin yaxınlığında ehtiyatlı olsunlar, sürəti azaltsınlar. Piyadalar isə keçidlərdən istifadə etsinlər, yaxınlaşmaqda olan avtomobillərin qarşısından keçməsinlər”, – deyə V.Əsədov vurğulayıb.