XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

17 Yanvar 2018 - 18:58

Şəmkirdəki silahlı insidentlə bağlı cinayət işi açılıb

Şəmkir rayonunda odlu silahla həmyerlisini güllələyən şəxs barəsində cinayət işi açılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında Kəlbəcər rayonundan məcburi köçkün olan və Şəmkir rayonunda məskunlaşmış, 1992-ci il təvəllüdlü Mircəlal Azər oğlu Mehdiyevi hər iki bud nahiyəsindən güllələyərək yaralayan həmyerlisi, 1991-ci il təvəllüdlü Ramin Kərimov barəsində cinayət işi açılıb. 

Belə ki, cinayəti törətdikdən sonra hadisə yerindən qaçan şübhəliyə Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hadisə Şəmkir şəhərinin ərazisində bazarda ticarətlə məşğul olan M.Mehdiyevlə R.Kərimov arasında şəxsi münasibətlər zəminində baş verib. Hazırda R.Kərimovun saxlanılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.