XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 12:19

Həbsdə olan baş redaktor zərərçəkmişlərə dəymiş ziyanı ödəyib- Məhkəmə prosesi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hədə yolu ilə pul tələb etməkdə təqsirləndirilən "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş Rasim Bağırov ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edib.

O bildirib ki, H.Vəliyev ondan videogörüntülərlə bağlı pul istəyib. O, həmin görüntülərlə bağlı H.Vəliyevə 7 min 300 manat verdiyini bildirib. Amma zərərçəkmiş H.Vəliyevdən şikayətçi olmadığını deyib.

Prosesdə ifadə verən digər zərərçəkmiş Fuad Məmmədov isə qeyd edib ki, H.Vəliyevə 2000 min manat pul verib: "Qəzetində adımdan əxlaqsızlıq yuvası ilə bağlı yazı getmişdi. Pulu Surxay Əliyevə verdim. O bildirdi ki, pul Habil Vəliyevə çatacaq. Hazırda şikayətim və tələbim yoxdur".

Zərərçəkmiş Xəyyam Həsənov isə ifadəsində deyib ki, Bakıdakı obyekti ilə bağlı H.Vəliyevin "Gündəlik Bakı" qəzetində yazı çap olunub: "Buna görə də 2000 min manat pul verdim. Düzdür, pulu şəxsən ona təqdim etməmişəm".

Zərərçəkmişlərdən Qabil Hüseynov H.Vəliyevə 43 min 300 manat, Nofəl Musayev isə 3000 manat verdiyini bildiriblər.