XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

18 Yanvar 2018 - 13:47

Dələduzluğa görə tutulan şəxsin qəbiristanlıqda silah gizlətdiyi məlum olub –DİN

Daxili İşlər Nazirliyi qəbiristanlıqda silah tapılması barədə məlumat yayıb.

DİN-dən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə Bakı İstintaq Təcridxanasında cəza çəkən Ramin Məmmədovun ətrafında DİN-in Baş Cinayət Axtarışı İdarəsinin və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə o, Bakı şəhəri ərazisindəki qəbiristanlıqların birində odlu silah-sursat gizlətdiyini etiraf edib.

Əməliyyat tədbirlərinin davamı olaraq paytaxtın Nizami rayonu ərazisindəki qəbiristanlıqda  R.Məmmədovun gizlətdiyi, nömrəsi silinmiş “TT” markalı tapança, 1 ədəd patron darağı və 2 patron aşkar edilərək götürülüb.

Qeyd edək ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidməti də yanvarın 17-də məlumat yayıb.