XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Yanvar 2018 - 20:27

Türkiyədə deputata 5 il həbs cəzası verildi –Səbəb

Türkiyədə kürdyönümlü HDP-nin Adıyamandan seçilən deputat Behçet Yıldırım terror təşkilatına yardım və onun təbliğatını aparmaq ittihamı ilə 5 il müddətinə azadlıqdan mərhum edilib.

Behçet Yıldırım 2015-ci ildə Adıyamanda terrorçularla hərbçilər arasında qarşıdurma zamanı canlı qalxan kimi araya girərək terrorçuları müdafiə edib.

Deputat verilən cəza ilə razılaşmayıb və yuxarı instansiya məhkəməsinə müraciət edəcəyini bildirib/Teleqraf.com