XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 January 2018 - 11:03

DİN ötən gün baş verən cinayətlərin statistikasını açıqladı –103 cinayət törədilib

Respublikanın daxili işlər orqanları tərəfindən yanvar ayının 18-dən 19-dək 103 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən  verilən məlumata görə, axtarışda olduğuna görə 33 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.