XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

21 Yanvar 2018 - 20:12

Saatlıda ağır qəza:ölən və yaralananlar var

Bu gün Saatlı rayon mərkəzində "VAZ 2106" markalı minik avtomobili BMV markalı avtomobillə toqquşub.

APA-nın Mil-Muğan bürosuna istinadən verdiyi məlumata görə, qəza nəticəsində "VAZ 2106" markalı minik avtomobilində olan 63 yaşlı Məmmədov  Əziz Sarxan oğlu ölüb.

Avtomobildə olan sərnişinlər – 1971-ci il təvəllüdlü Əsədova Fatma Osman qızı, 1964-cü il təvəllüdlü Əsədova Atlas Osman qızı, 1965-ci il təvəllüdlü Əsədov Nadir Osman oğlu və Adgözəlova Rəbiyyə Məmmədalı qızı xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan F. Əsədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, N. Əsədov əməliyyat olunub.

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilində olan sürücü və sərnişinlər Cəbrayıl rayon sakinləridir. Onlar Sabirabad rayonuna yas mərasiminə gəliblər və geri qayıdarkən qəzaya düşüblər.