XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 January 2018 - 09:32

Gəncədə gecə klubunda kütləvi dava –3 nəfər bıçaqlanıb

Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.

Hadisə gecə saatlarında baş verib. "X-Club" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri – 1996-cı il təvəllüdlü Rzazadə Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıblar. Onlardan M.Orxanın vəziyyəti kafi, digərlərinin isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər xəsarət alıb. (Report)

Faktla bağlı araşdırma aparılır.