XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

22 Yanvar 2018 - 11:50

Gəncədə külli miqdarda narkotik dövriyyədən çıxarılıb –FOTO

Ötən gün daxili işlər orqanlarının narkotiklərə qarşı keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində dövriyyədən külli miqdarda narkotik vasitə çıxarılıb.

DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə,  Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kəpəz rayon sakini, əvvəllər məhkum olunmuş Arzu Musayevdən 15 kiloqram 890 qram marixuana və 650 qram tiryək götürülüb.

Saxlanılan şəxs maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.