XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2018 - 11:05

Kişi keçmiş arvadını boğaraq öldürdü- Bakıda

Bakıda kişi keçmiş arvadını boğaraq öldürüb.

“Report” xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Məlumata görə, 1985-ci il təvəllüdlü Rahib Babayev keçmiş həyat yoldaşı 1992-ci il təvəllüdlü Ülviyyə Orucəliyevanı boğaraq öldürüb.

R.Babayev könüllü şəkildə polisə təslim olub.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.