XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

25 January 2018 - 20:16

26 yaşlı Şəmkir sakini “İnşaatçılar” metrostansiyasında “oyun” çıxardı –Açıqlama + VİDEO

Saat 18:50 radələrində İnşaatçılar metrostansiyasında 1992-ci il təvəllüdlü Ələsgərov Tamerlan adlı Şəmkir rayonu sakini özünü qatar xəttinə ataraq üzü Elmlər Akademiyası stansiyası istiqamətində qaçmağa başlayıb.

Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat yayıb.

“Qatarların hərəkəti dayandırılıb. Daha sonra şəxs hüquq mühafizə orqanları və metropoliten işçiləri tərəfindən yaxalanıb. Hadisədə hər hansı intihar məqsədi olmadığı görünür. Qatarların hərəkətində təxminən 10 dəqiqə gecikmə oldu. Daha sonra qatarların hərəkəti bərpa olunub”, – deyə Paşayev qeyd edib/Axar.az.