XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

25 Yanvar 2018 - 21:50

Yolu keçmək istəyən 57 yaşlı qadını avtomobil vurdu –Abşeronda

Abşeron rayonunda yolu keçmək istəyən 57 yaşlı qadını avtomobil vurub.

Hadisə rayonun Ceyranbatan qəsəbəsində qeydə alınıb.

Belə ki, Ceyranbatan qəsəbəsinin sakini, 1961-ci il təvəllüdlü Mərmər Osman qızı Tağıyeva yaşadığı ərazidə yolu keçmək istəyərkən qarşı tərəfdən sürətlə gələn "VAZ-2109" markalı 50 CK 499 dövlət qeydiyyatı nişanlı avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb. Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılaraq Reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Artıq hadisə yerindən qaçan sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır/Report.