XƏBƏR LENTİ

01 İyun 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 17:27

Tovuza toya gedən mikroavtobus aşıb- 3 nəfər xəstəxanaya yerləşdirilib

Tovuzda toya gedən mikroavtobus qəzaya uğrayıb.

Trend-in məlumatına görə, Goranboy rayonundan gələn Ford markalı mikroavtobus Tovuz rayonunun Böyükqışlaq kəndi ərazisində idarəetməni itirərək aşıb. Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb.

Goranboy rayon sakinləri, 1999-cu il təvəllüdlü Xeyrullayeva Zinyət Halay qızı, 1951-ci il təvəllüdlü Əliyeva Səmayə Dünyamalı qızı və 1967-ci il təvəllüdlü Qasımova Ceyran Mədət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.