XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

27 Yanvar 2018 - 21:41

Salyanda ağır qəza- Yük maşını ağaca çırpılıb, yaralanan var

Salyanda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Bəydili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Biləsuvar sakini, 1996-cı il təvəllüdlü Nadirov Kamran Əhliman oğlu idarə etdiyi “Kamaz” markalı yük maşını ilə hərəkətdə olarkən qarşısına minik avtomobili çıxıb. Sürücü onunla toqquşmamaq üçün yük maşınını kənara çəkmək istəyib, elə bu zaman yol sürüşkən olduğundan yük maşını idarəetməni itirərək yolun kənarındakı ağaclara çırpılıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamran Nadirov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmaaparılır.