İtaliyanın xilasetmə xidmətlərinin verdiyi məlumata əsasən, Aralıq dənizində miqrantları daşıyan qayığın batması nəticəsində 2 nəfər həyatın itirib. 80-dən çox miqrant isə xilas edilib.
AZƏRTAC İtaliyanın “thelocal.it” saytına istinadla xəbər verir ki, hadisənin baş verməsinə səbəb qayığın həddən artıq yüklənməsi olub. İtaliya xilasetmə xidmətlərinin verdiyi məlumata görə, 5 əməliyyat zamanı ümumilikdə 800-dək miqrant xilas edilib.