XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 16:57

Bakıda yaşayış binasında yanğın söndürüldü – FHN xilasediciləri hadisə yerinə gəlib - YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın olub.

Hadisə paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 86 ünvanında yerləşən beşmərtəbəli yaşayış binasında qeydə alınıb. Yaşayış binasının 2-ci blokunda yanğına qaz sızmasının səbəb olduğu ehtimal edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

***

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nizami rayonunda Qara Qarayev prospektində beşmərtəbəli yaşayış binasının ərazisində məişət tullantıları 5 m2 sahədə yanıb.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məlumatda o da bildirilir ki, binada qaz partlayışı olması barədə məlumat həqiqətə uyğun deyil.