XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 19:52

Moskvada yenidən bomba həyəcanı –6 xəstəxanada axtarışlar aparılır

Moskvada bomba qoyulması barədə anonim zənglərin daxil olmasından sonra 6 xəstəxanada axtarışlar başlayıb.

Trend-in məlumatına görə, əvvəlcə Botkin adına xəstəxananın minalanması barədə polisə zəng daxil olub. Daha sonra digər xəstəxanalarla əlaqədar təhdid zəngləri qəbul edilib. Hazırda həmin xəstəxanalarda kinoloqlar və partlayıcı maddə mütəxəssisləri axtarışlar aparır. Gün ərzində Moskvada 20-yə yaxın binada, o cümlədən Dövlət Dumasında, Turizm Nazirliyində və digər hökumət binalarında axtarışlar aparılıb.