XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 01:09

Yevlaxda yanacaq daşıyan TIR qəza törətdi –Qazaxıstan vətəndaşı olan sürücü yaralandı

Yevlax rayonunda yük avtomobili qəzaya uğrayıb.

Hadisə şəhərin mərkəzində baş verib.

“TM AH 20 33 TR” dövlət nömrə nişanlı yanacaq daşıyan TIR yolun ortasındakı dairəyə çırpılıb. Qəza zamanı yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb. Yerə yanacaq dağıldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Yük maşınının sürücüsü, 1979-cu il təvəllüdlü Qazaxıstan vətəndaşı Habidqullayev Təkmuhamməd Niyazməhəmməd oğlu xəstəxanaya aparılıb. Onun həyatına təhlükə olmadığı bildirilir. 

Hadisənin səbəbləri araşdırılır.

APA