XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

30 Yanvar 2018 - 22:31

FHN intihara cəhdin qarşısını aldı –Bakıda

FHN Bakıda intihara cəhdin qarşısını alıb.

Strateq.az FHN-ə istinadən xəbər verir ki, məlumata əsasən Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər tikilməkdə olan çoxmərtəbəli binanın damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib:

"Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılmış psixoloji söhbətlər nəticəsində o, intihar etmək fikrindən daşınıb.

Əməliyyat başa çatıb".