XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 January 2018 - 10:21

Şabranda intihar- 27 yaşlı oğlan özünü tövlədə asdı

Şabran rayonunda intihar hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə rayonun Gəndob kəndində baş verib.

Kənd sakini, 1991-ci il təvəllüdlü Seyidov Gündüz Vaqif oğlu yaşadığı evin həyətindəki tövlədə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.