Salyan rayonunda 7 yaşlı uşaq suda boğulub.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Bəşirbəyli kəndində qeydə alınıb.
Belə ki, 2011-ci il təvəllüdlü İsmayıl Sahil oğlu Səmədov həyətin yaxınlığındakı su kanalına düşüb və boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.