XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

02 Fevral 2018 - 09:50

Ötən gün polis  tərəfindən 113 cinayət faktı qeydə alınıb –25 cinayət “isti izlər”lə açılıb


Fevral ayının 1-dən 2-dək respublikanın daxili işlər orqanları tərəfindən 113 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a bildiriblər ki, gün ərzində axtarışda olduğuna görə 21 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Həmçinin respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıb.