XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 13:48

Yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb- Bakıda

Bakıda yolu keçmək istəyən qadını avtomobil vuraraq öldürüb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə Xəzər rayonunun Qala qəsəbəsi ərazisində baş verib.

Belə ki, fevralın 2-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini Nəzər Rəhmanov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Reyhan Məmmədovanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölub.

Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.