XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 16:51

Gömrük nəzarətindən gizlədilən güclütəsiredici maddə aşkarlanıb

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, İrandan gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaşın əl yükləri rentgen qurğusundan keçirilərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə olunub. Həmin yüklərə təkrar yoxlama zamanı, istehsal qablaşdırılması pozulmuş halda, üzərində "L-CARNITINE" yazısı olan plastmas flakonda həb şəklində 50 ədəd tramadol adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, tramadol Azərbaycanın müvafiq qanunu ilə təsdiq olunan "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir və aşkarlanan 50 ədəd həbdə tramadolun təsiredici maddəsinin ümumi miqdarı 10 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.