XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

04 Fevral 2018 - 20:17

ABŞ-da qatarlar toqquşdu –2 nəfər ölüb, 116 nəfər xəsarət alıb

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində xəsarət alanların sayı 116 nəfərə çatıb.

Bu barədə "NBC" telekanalı Cənubi Karolina ştatının qubernatoru Henri Makmasterə istinadən məlumat yayıb.

O, bildirib ki, qəzadan sonra 116 nəfər yerli xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin xəsarəti yüngül, bəzilərinin xəsarəti ağırdır. 

Makmasterin sözlərinə görə, hadisə zamanı "Amtrak" şirkətinin 2 əməkdaşı ölüb.  

Qeyd edək ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub/Report.