XƏBƏR LENTİ

18 Yanvar 2021

Digər Xəbərlər

05 Fevral 2018 - 13:17

DİN əməliyyat keçirib –Xeyli sayda silah-sursat götürülüb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Neftçala RPŞ-nin əməkdaşları şəhər sakini Xalid Abdullayevdən “İJ-12” markalı tüfəng və 47 ədəd patron, Sabirabad RPŞ-nin əməkdaşları rayon sakinləri Rizvan Fərzəliyevdən, Elməddin, Nemət və Araz Soltanovlardan müvafiq sənədləri olmayan ümumilikdə 4 ədəd “İJ” markalı tüfəng və 37 ədəd patron, Oğuz RPŞ-nin əməkdaşları Bayan kənd sakini, əvvəllər məhkum olunmuş Vaqif Fərzəliyevdən “İJ-16” markalı tüfəng götürülüb.

Bakı şəhər sakini Əzizağa Vəliyev isə istifadəyə yararsız vəziyyətdə olan “Cobra” markalı tüfəngi və “İJ-53-M” markalı pnevmatik tapançanı könüllü olaraq Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinə təhvil verib.