XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Fevral 2018 - 11:08

İrandan gələn Azərbaycan vətəndaşı saxlanılıb –Narkotik əməliyyatı

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüqüqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin "Qoşa Təpə" Gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. 

Strateq.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, yoxlama zamanı onun üzərindən, əynində olan alt paltarından gömrük nəzarətindən gizlədilən, selofana bükülü vəziyyətdə 2 ədəd bükümdə xalis çəkisi 150,764 qram olan narkotik vasitə-heroin aşkar olunaraq götürülüb.