XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 February 2018 - 13:48

Zaqatalada məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb- FOTO

Zaqatala rayonunda məktəbdən çıxan şagirdi traktor vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Belə ki, Əliabad qəsəbə 4 saylı tam orta məktəbinin 2-ci sinif şagirdi, 8 yaşlı Əli Tural oğlu Cavadovu məktəbdən çıxarkən traktor vurub.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Faktla bağlı araşdırmalara başlanılıb.