İraqın neftlə zəngin Kərkük bölgəsində son 4 ayda yerli sakinlərdən 19 türkmən sui-qəsdin qurbanı olub.
Türkmənlərə hücumlar sui-qəsd şəkilində hazırlanır və qatillərin çoxu məlum deyil.
İraq İnsan Haqları Dərnəyinin sədri Neşet Baytalı bildirib ki, 2017-ci il oktyabrın 16-dan ölkənin şimalındakı kürd muxtariyyətinə bağlı “peşmərgə” adlı silahlılar Kərkükdən çıxarıldıqdan sonra öldürülənlərin sayı artıb/Report.