XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2018 - 11:45

Şübhəli şəxsin evindən narkotik və silah çıxdı –Nefçalada  

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Strateq.az-a DİN  mətbuat xidmətindən məlumat verilib. Araşdırmalardan sonra onun Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 55 qram marixuana aşkar edilib. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə olaraq 1 kiloqram 445 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-8” markakı tüfəng də aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi başlanılıb.