XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 February 2018 - 14:00

Azərbaycanın 20 ildir axtardığı cinayətkar Moskvada həbs olundu –1997-ci ildən gizlənirmiş YENİLƏNİB

Moskvada başqa adla gizlənən, azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar dəstənin lideri saxlanılıb.

“RİA "Novosti"-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk deyib. O bildirib ki, 49 yaşlı azərbaycanlı 1997-ci ildə Azərbaycanda törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə beynəlxalq axtarışda olub.

Onun 20 ildir axtarışda olduğu bildirilir.

***

Azərbaycanın 20 ildir, axtarışa verdiyi, Moskvada həbs olunan mütəşəkkil cinayətkar dəstənin başçısının adı məlum olub.

Rusiya hüquq-mühafizə orqanlarından APA-nın Moskva müxbirinə bildirilib ki, saxlanılan şəxs Azərbaycan vətəndaşı, 1969-cu il təvəllüdlü Akif Rüstəmovdur.

Onun iki gün əvvəl Moskvada hüquq-mühafizə orqanları tərəfindən keçirilmiş əməliyyat zamanı yaxalandığı bildirilib.

Məlum olub ki, A. Rüstəmov uzun müddət  Moskvada başqa adla gizlənib.

Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk onun 1997-ci ildə törətdiyi soyğunçuluq, adam oğurluğu və quldurluq cinayətlərinə görə Azərbaycan tərəfindən beynəlxalq axtarışa verildiyini bildirib.