Azərbaycan vətəndaşı Ukraynada insan alverinə görə həbs olunub.
"Report"un xəbərinə görə, Azərbaycan vətəndaşı, 1989-cu il təvəllüdlü, Sumqayıt şəhərindən olan Tahirov Abbas Səfa oğlu Kiyevdə tutulub. O, müxtəlif qadınları Birləşmiş Ərəb Əmirliklərinə göndərməkdə ittiham olunur.
Cinayət işinə Ukrayna paytaxtının Şevçenko rayon məhkəməsində baxılır. Prokuror A.Tahirova 9 il iş istəyib.
A.Tahirov ağır cəza alacağı təqdirdə qərardan apellyasiya vermək niyyətində olduğunu bildirib.