XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

10 Fevral 2018 - 19:55

Qazaxda iki avtomobil toqquşub- Xəsarət alanlar var

Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Qazax rayon ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Qazax rayonunun Birinci Şıxlı kənd ərazisində qeydə alınıb.

"Mercedes" markalı minik maşını ilə "VAZ" markalı avtomobilin toqquşması nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü yüngül, "Mercedes" markalı avtomobilin sərnişini, 35 yaşlı Sevil Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.