XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

12 Fevral 2018 - 10:27

Son iki gündə ölkədə 200 cinayət törədilib  –27 cinayət “isti izlər”lə açılıb  DİN

Respublikanın daxili işlər orqanları tərəfindən fevralın 10-dan 12-dək 200 cinayət faktı qeydə alınıb. Onların da 27-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strateq.az-a verilən məlumata görə, axtarışda olduğuna görə 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.